Ekologiya nədir
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.

Azərbaycan Ekologiyası
2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilmişdir. Ekologiya ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, spesifik sahələr üzrə elektron resurslar yaradılır, əhali arasında maarifləndirmə işləri gücləndirilir.
Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılmaması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir.
Ətraf mühitin mühafizəsi dövlətinmizin başçısının daim diqqət mərkəzindədir və bu sahədə ciddi islahatlar həyata keçirilir. Bu gün Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiylara qoşulmuşdur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmiş və bir sıra proqramlar qəbul edilmişdir. Qarşıya qoyulan vəzifələrin müvafiq dövlət orqanları tərəfindən icrasına nəzarət edilir.
Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekologi biliklərə tələbat və marağı günü-gündən artırır.
Respublikamızda əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan ekologiyası” adlanan və beş fəsildən ibarət olan sənəd-informasiya resursu hazırlamışlar. “Ümumi məlumat” adlanan birinci fəsildə “Ekologiya nədir?” sualına cavab verilir, ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətləri təhlil edilir, ekoloji-coğrafi rayonlaşdırmanın təsviri verilir. Həmin fəslin “Biomüxtəlifliklər” bölməsində Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyəti araşdırılır, 13 dövlət təbiət qoruğu ilə yanaşı, palçıq vulkanları qrupu təbiət qoruğu, 8 milli park, 23 dövlət təbiət yasaqlığı haqqında məlumat verilir.
Sənəd-informasiya resursun ikinci fəsli “Ekoloji problemlər” adlanır. Bu fəsildə Abşeron yarımadasının, Xəzər dənizinin, çayların ekoloji problemləri, habelə, atmosferin çirklənməsi, səhralaşma, torpaqların eroziyası, qlobal istiləşmə, ozon qatının qorunması problemlərinə aid bölmələr verilmişdir. Bunlardan əlavə, Ermənistan ərazisindən keçib gələn çayların zərərli tullantılarla çirkləndirilməsi, işğal altında saxlanılan ərazilərdə biomüxtəlifliyin məhv edilməsi, radioaktiv tullantıların həmin ərazilərdə basdırılmasına aid məlumatlar “Ekoloji terror” başlığı altında təqdim edilir.
Resursun “Ekoloji maarifçilik” adlanan üçüncü fəslinin birinci bölməsində özündə bu sahəyə aid 1000-dən artıq termin və anlayışı əks etdirən elektron “Ekoloji lüğət” təqdim edilir. Azərbaycanın 60-a yaxın ekoloq alimləri haqqında bioqrafik və biblioqrafik məlumatlar “Ekoloq alimlərimiz” bölməsində toplanmışdır. “Ekoloji təqvim” adlanan bölmədə isə istər beynəlxalq miqyasda, istərsə də ölkə miqyasında ekologiya və ətraf mühitlə bağlı qeyd edilən hadisələrin və əlamətdar günlərin təqvimi təqdim edilir.
Elektron resursun “Qanunvericilik bazası” adlanan dördüncü fəslində Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən indiyədək ekologiya və ətraf mühitə dair qəbil edilmiş rəsmi sənədlər toplanmışdır. Rəsmi sənədlərə iki Milli Proqramın, bir Milli Strategiyanın, 4 Dövlət Proqramının, Azərbaycan Respublikasının 83 qanununun, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 72 fərman və 67 sərəncamın, Nazirlər Kabinetinin və digər mərkəzi icra orqanlarının 174 qərarının, habelə Azərbaycan Respublikasının qoşulduğu 20 Beynəlxalq Konvensiya və Protokolun tam mətnləri daxil edilmişdir.
Sənəd-informasiya resursun sonuncu – 5-ci fəsli “Elektron resurslar” adlanır. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji siyasəti” adlanan bölmədə dövlət başçısının ekologiyaya aid keçirdiyi müşavirələrin materiallarının tam mətnləri, iştirak etdiyi tədbirlərdəki çıxışları, müsahibələri, ekologiyaya aid söylədiyi fikirlər toplanmışdır. Fəslin “E-kitablar” bölməsində Kitabxananın fondunda olan ekologiyaya aid 12 seçmə kitabın elektron versiyası istifadəçilərə təqdim edilir. Kitabxananın əməkdaşları tərəfindən ekologiyaya aid dövri mətbuatda Azərbaycan, rus və ingilis dillərində dərc edilən 150-dən artıq aktual elmi-publisistik məqalənin elektron mətni “Məqalələr” bölməsində toplanmışdır. “Biblioqrafiya” bölməsində ekologiyaya aid Azərbaycan, rus və ingilis dillərində 220 kitabın, həmçinin 2004-cü ildən Kitabxanaya daxil olan dövri mətbuatdan seçmə 500-ə yaxın məqalələrin biblioqrafik təsvirləri verilmişdir.
“Saytlar” bölməsində dövlətin ekoloji siyasətini həyata keçirən rəsmi qurumların, habelə ekoloji maarifləndirmə funksiyasını yerinə yetirən qeyri-hökumət təşkilatlarının saytlarının ünvanları yerləşdirilmişdir.

Torpaq
Torpağın əsas xassəsi onun məhsuldar olmasıdır. Lakin, radioaktiv maddələr, eroziya, şorlaşma, bataqlaşma və s. onun məhsuldarlığını azaldır. Bu isə onun çirklənməsi deməkdir.Torpağın qorunması sahəsində mühüm tədbirlər: torpaqdan düzgün istifadə edilməsi haqqında əsasnamələrin tətbiqi, torpaq kadastrının tərtibi, torpağın məhsuldarlığını aşağı salan proseslərin qarşısının alınmasının həyata keçirilməsi, torpağa gübrə verərkən elmi dəlillərə əsaslanmaq, torpağa aqrotexniki qulluğun təkmilləşdirilməsi və s.
Su həyatın mənasıdır. Orqanizmdə gedən bütün proseslər su ilə əlaqədardır. Suyun qorunması dedikdə, su haqqında dövlət əsasnaməsinə əməl edilməlidir. Suyun öz-özünə təmizləmə mexanizmini qoruyub saxlamaq, çirkli suların müasir texnika ilə təmizlənməsi, qalıqsız istehsal texnologiyasının inkişafı və s.
Bitkilərin qorunması çox vacibdir. Fotosintezsiz həyat mümkün deyil. Deməli bitkilərsiz yaşamaq olmaz. Fotosintez edən heç bir bitkiyə zərərli demək olmaz. Meşələri qorumaq məqsədi ilə, meşə haqqında dövlət qanununa əməl edilməli, qırılmış meşələrin bərpası, meşə yanğınlarına qarşı mübarizəni gücləndirmək, Qırmızı Kitaba daxil edilmiş bitkiləri qorumalı və s. Heyvanlar aləminin praktik əhəmiyyəti çox müxtəlifdir. Heyvanaların müsbət əhəmiyyətindən danışsaq, heyvan qida zəncirində iştirak edir, onların ətindən, dərisindən və s. müxtəlif sahələrdə geniş istifadə edilir. Bəzi heyvanlar təbiətin sanitarlarıdır. Məhz, buna görə də heyvanların qorunması haqqında qanuna əməl edilməli, ovçuluq cəmiyyətinin əsasnaməsinə riayət olunmalı, Qırmızı Kitaba daxil edilmiş heyvanların qorunmasına ciddi nəzarət olunmalı və s.