Oxucular Gerİ Dönür...
Salam əziz oxucular...Veb adresimizlə 5-ci sinifdən 9-cu sinifə dək hər mövzuya uyğun inşalarımızla,maraqlı məlumatlarla sizlərə köməyə gəlirik
----------Mövzular----------
-----Geography Information-----
-----Ekologiya-----
-----İnşalar-----
-----Online Testlər-----
-----İngilis dili Qramatikası----(Hazırlanır)
Ən yeni inşamız...
Ətraf mühitin muhafizəsi haqqında düşündüklərim
İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.
İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu onu qırır, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur.
Doğma yurdumuz Azərbaycan mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir.İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir.
Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan həyatını düşünmık olmaz.Əsas məsələ ətraf mühitə ağıllı nəzərlərlə baxmaq, təbiəti duymaq, onun keşiyində durmaqdır. Təbiət elə gözəl sənət əsəridir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir.
Təbiət bizim sərvətimizdir, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir.
Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gənclərimizin hər biri bir uzunömürlü ağac əksə , çox yaxşı olar. Biz təbiətimiz nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir. Ata-babalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəslə yadigar qoymaq bizim borcumuzdur.